Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 4,3 milyon dollar olub.
Moldovanın Milli Statistika Bürosunun məlumatında bildirilir ki, on ayda ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 3,2 milyon dollar təşkil edib. Azərbaycandan Moldovaya isə 1,1 milyon dollar dəyərində məhsul ixrac olunub.