Bu vaxtadək Neft Fondu “Şahdəniz” qazı və kondensatının satışından 4,3 milyard dollar gəlir əldə edib

2021.12.07 10:49 (UTC+04:00)

Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlirlər 730 milyon 707 min ABŞ dolları olub.

Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd olunub ki, o cümlədən 11 ayda Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından gəlirləri 278 milyon 178 min dollar təşkil edib.

2007-ci ildən cari il dekabrın 1-dək isə fondun “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri 4 milyard 397 milyon dollar olub.