"BakuCard" turistlər üçün əlavə imkanlar yaradır

2019.04.04 10:18 (UTC+04:00)

"BakuCard" yeni və innovativ məhsul olaraq kart sahiblərinə Bakı şəhərində ictimai nəqliyyatdan və hava limanından şəhərə və əksinə transfer xidmətini həyata keçirən "Baku City Aero Express" avtobuslarından ödənişsiz istifadə imkanı verir. Bundan əlavə, kart sahibləri Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən "Baku City Tour" avtobuslarına biletləri 50 faiz endirimlə əldə edə biləcəklər. Eyni zamanda, kart vasitəsilə 20-dən çox muzey və istirahət mərkəzlərinə pulsuz və ya endirimli giriş, 200-dən çox pərakəndə satış mağazasında və ticarət mərkəzində, müxtəlif restoran və kafelərdə endirimlər, salamlama içkiləri və ödənişsiz məhsullardan faydalanmaq mümkündür.

"BakuCard"ın etibarlılıq müddəti ödənilən məbləğlərdən asılı olaraq dəyişir. 24 saatlıq istifadə müddəti olan kartın qiyməti 24 manat, 72 saatlıq 45 manat, 1 həftəlik kartların qiyməti isə 70 manatdır. Kartların satışı Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, turizm informasiya mərkəzləri, müxtəlif hotellər, turizm agentlikləri və köşklərlə yanaşı, onlayn olaraq www.bakucard.az saytı vasitəsilə həyata keçirilir.