2022-ci ildə əməkhaqqından hansı tutulmalar olacaq?

2021.12.14 10:07 (UTC+04:00)

Milli Məclis gələn ilin büdcə layihəsini və paketə daxil olan digər sənədləri III oxunuşda təsdiq edib. Hüquqşünas Şəhriyar Həbilov 2022-ci ildə əməkhaqqından hansı tutulmaların olacağını açıqlayıb:

2021-ci ildən bütün ölkə ərazisində tətbiq edilən icbari tibbi sığorta ilə əlaqədar qeyri-neft və qeyri-dövlət sahələrindəki 8 min manatadək əməkhaqqı olanlar üzrə 50 faizlik güzəşt ləğv ediləcək. Beləliklə, 2022-ci ildən əməkhaqqından tutulmaların aşağıdakı kimi olacağı gözlənilir:

- gəlir vergisi;

- məcburi dövlət sosial sığorta haqqı;

- işsizlikdən sığorta haqqı;

- icbari tibbi sığorta haqqı;

İcbari tibbi sığorta üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:

- Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslərin əməkhaqqının 8.000 manatdan yuxarı hissənin 0,5 faizi, 8.000 manatadək isə 2 faizi məbləğində;

- özəl sektorda çalışanlar, mülki-hüquqi müqavilə əsasında çalışanların əməkhaqqından 8.000 manatadək hissənin 2 faizi, (2021-ci ildə 1% idi), 8.000 manatdan yuxarı hissənin 0,5 faizi məbləğində;

Beləliklə, hesablanmalar aşağıdakı qaydada aparılacaq:

Misal 1: Tutaq ki, şəxs neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicisində işləyən fiziki şəxs aylıq 250 manat əməkhaqqı alır. Bu halda ondan gəlir vergisi tutulmur.

Sosial sığorta haqqı 250 manat əməkhaqqının 200 manatadək hissəsinə görə 3 faiz, 200 manatdan yuxarı hissə üçün isə 10 faizi, ümumilikdə 11 manat tutulur:

200 x 3% = 6 manat,

50 x 10% = 5 manat,

6+5=11 manat.

İşsizlikdən sığorta haqqı 250 manatın 0,5 faizi qədərdir:

250 x 0,5% = 1.25 manat.

İcbari tibbi sığorta haqqı 2 faizdir.

250 x 2% = 5 manat.

250 - (0+11+1.25+5) = 250 - 17.25= 232.75 manat.

Beləliklə, net məbləğ: 232.75 manat olacaq.

Əməkhaqqı 8.000 manatdan çox olan işçilər üçün hesablama fərqli olur.

Misal 2: Tutaq ki, şəxs neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicisində işləyən fiziki şəxs aylıq 8 100 manat əməkhaqqı alır. Bu halda hesablama aşağıdakı qaydada olur:

Gəlir vergisi 8.000 manatdan yuxarı məbləğin 14 faizi həcmində tutulur:

8100 - 8000 = 100 manat.

100 x 14% = 14 manat.

Sosial sığorta haqqının hesablanması:

8100 -200 = 7900 manat,

200 x 3% = 6 manat,

7900 x 10% = 790 manat.

İşsizlikdən sığorta haqqının hesablanması:

8100 x 0.5% = 40.5 manat.

İcbari tibbi sığorta haqqı 8000 manata görə 2 faiz, yuxarı olan 100 manata görə 0.5 faiz hesablanır:

8000 x 2% = 160 manat

100 x 0,5% = 0,5 manat

160 + 0.5 = 160.5 manat.

8100 - (14+790+6+40.5+160.5) = 8100 - 1011 = 7089 manat.

Beləliklə, net məbləğ 7089 manat olacaq.

Misal 3: Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin aylıq ödənişləri aşağıdakı kimi hesablanacaq:

1. Əməkhaqqı 250 manat olan işçinin ödənişləri:

Gəlir vergisi 200 manatdan yuxarı olan hissənin 14 faizi məbləğində tutulur:

250-200=50 manat

50 x 14% = 7 manat

Sosial sığorta haqqı 250 manatın 3 faizi məbləğində hesablanır:

250 x 3% = 7.5 manat.

İşsizlikdən sığorta haqqı 250 manatın 0.5 faizi məbləğində tutulur:

250 x 0,5% = 1.25 AZN

İcbari tibbi sığorta haqqı isə 2 faiz məbləğində tutulur:

250 x 2% = 5 manat.

250 - (7+7.5+1.25+5) = 250 - 20.75 = 229.25 manat.

Beləliklə, net məbləğ 229.25 manat olacaq.

2. Əməkhaqqı 2500 manatdan çox olanlar üçün hesablama aşağıdakıq aydada aparılacaq:

8100 manat əməkhaqqı üzrə gəlir vergisi hesablanarkən həmin bəbləğdən 2500 manat çıxılır:

8100 - 2500 = 5600 manat

2500 x 14% = 350 manat

5600 x 25% = 1400 manat.

1400 + 350 = 1750 manat.

Sosial sığorta haqqı:

8100 x 3% = 243 manat.

İşsizlikdən sığorta haqqı:

8100 x 0.5% = 40.5 manat.

İcbari tibbi sığorta haqqı:

8000 x 2% = 160 manat,

100 x 0.5% = 0.5 manat,

160 + 0.5 = 160.5 manat,

8100 - (1750+243+40.5+160.5) = 8100 – 2194 = 5 906 manat.

Beləliklə, net məbləğ 5.906 manat olacaq.

Qeyd edək ki, gələn ildən minimum əməkhaqqı məbləğinin artması gözlənilir.