ƏDV ödəyiciləri barədə məlumatı necə əldə etmək olar?

2021.12.13 15:06 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən “vergiler.az” saytına bildirilib ki, vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması haqqında məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunmur. Bu baxımdan, vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmadığını “ƏDV ödəyicisinin axtarışı” elektron xidmətindən istifadə etməklə yoxlamaq olar.

Əsaslandırma: Vergi Məcəlləsinin 30.2.7-ci maddəsi