Gələn il AÇG-də 170,1 milyon bareldən çox neft hasil ediləcək

2021.12.06 12:05 (UTC+04:00)

2022-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında xam neft hasilatının həcmi 170,1 milyon barel olması proqnozlaşdırılır ki, bu da hasilatın aşağı düşməsi səbəbindən 2021-ci ilin göstəricisinə nisbətən (171,6 milyon barel) 1,5 milyon barel azdır.

Bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il büdcəsinin layihəsinə verdiyi rəydə deyilir.