Qara metallar və onlardan hazırlanan məmulatların ixracı iki dəfəyədək artıb

2021.12.04 15:30 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında 127,8 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, hesabat dövründə ixrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 96,3 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2020-ci ilin on ayında 42,9 milyon dollarlıq 65,5 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.