Bakı Limanında aşırılan yüklərin həcmi 18,2 faiz artıb

2021.12.04 11:36 (UTC+04:00)

Bakı Limanında yükaşırma göstəricisi mütəmadi olaraq artmaqdadır.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib ki, cari ilin 10 ayı ərzində Bakı Limanında 4 milyon 707 min ton yük aşırılıb və bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18,2 faizlik artım deməkdir. Ayrı-ayrı sahələr üzrə də müsbət nəticələr əldə edilib.