Yanvar-oktyabr aylarında dəmir yolu nəqliyyatı ilə 5 milyon 709,6 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 2 milyard 496,7 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, dəmir yolu nəqliyyatı ilə ixrac olunan 2 milyon 585,3 min ton yükün dəyəri 879,4 milyon dollar təşkil edib.
Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 3 milyon 124,2 min ton, dəyəri isə 1 milyard 617,3 milyon dollar olub.