Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi

2021.12.06 15:50 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən “vergiler.az” saytına bildirilib ki, mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən 30 (otuz) gün müddətində təsdiq edilməlidir. Elektron qaimə-faktura 30 (otuz) gün müddətində təsdiq edilmədikdə proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur.

Əsaslandırma: Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarının 3.13-cü bəndi