2022-ci ilin dövlət büdcəsinin ümumi məbləği dəyişməsə də, bir sıra maddələrdə dəyişikliklər edilib.
Bunu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O qeyd edib ki, dəyişikliyə əsasən, əsas bölmələrə aid edilməyən xərclər bölməsindən 172 milyon 887,6 min manat azaldılaraq bəzi istiqamətlər üzrə məbləğlər artırılıb.
İcmal büdcənin gəlir və xərcləri müvafiq olaraq 27 milyard 685 milyon və 32 milyard 914 milyon manat təşkil edəcək. İcmal büdcənin kəsiri isə dəyişməyərək 5 milyard 229 milyon manat səviyyəsində qalacaq.