Azərbaycan Avropa İttifaqı ölkələrinə məhsul ixracını artırıb

2021.12.03 15:39 (UTC+04:00)

Yanvar-oktyabr aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 9 milyard 708,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici 2020-ci ilin müvafiq dövrünə nisbətən 3 milyard 563,3 milyon dollar çoxdur.

Cari ilin on ayında Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 769,6 milyon dollar olub.