Cari ilin yanvar-oktyabr aylarında 336,6 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac olunan plastmas və onlardan hazırlanan məmulatların dəyəri 342,4 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə 127,6 milyon dollar dəyərində 169,8 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.