Yanvar-oktyabr aylarında 480,1 min ton meyvə-tərəvəz ixrac olunub.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən meyvə-tərəvəzin dəyəri 464 milyon dollar olub.
Xatırladaq ki, 2020-ci ilin eyni dövründə dəyəri 467,2 milyon dollar olmaqla 463,4 min ton meyvə-tərəvəz ixrac edilib.