On ayda 51,4 min ton alma ixrac olunub

2021.12.02 15:29 (UTC+04:00)

Cari ilin on ayında 51,4 min ton alma ixrac olunub.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən almanın dəyəri 27,6 milyon dollar təşkil edib.

Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 21,2 milyon dollar olmaqla 51,2 min ton alma ixrac edilib.