Yaxın aylarda Azərbaycan bərpaolu­nan enerji mənbələri sektoruna 500 mln. ABŞ dolları həcmində xarici investisiya cəlb edəcək

2021.12.02 13:41 (UTC+04:00)

Bu barədə energetika naziri Pərviz Şahbazov Azərbaycanın nominal ev sahibi olduğu CAREC-in (Central Asia Regional Economic Cooperation – CAREC) virtual Enerji İnvestisiya Forumunun bağlanış hissəsində deyib.

Nazir qeyd edib ki, günəş və külək enerjisi sahəsində nəzərdə tutulan bu layihələrin ümumi gücü 470 MVt təşkil edəcək. Bundan əlavə, P.Şahbazov bildirib ki, yaxın vaxtlarda Azərbaycanda Enerji Səmərəliliyinin Təkmilləşdirilməsi Fondu da yaradılacaq. ("APA-Economics")