Mikro və kiçik sahibkarların məhsullarının ölkədə satışına dəstək göstəriləcək.
Bununla əlaqədar Prezident İlham Əliyev “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Bu Qayda mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrində satışının genişləndirilməsinə, o cümlədən istehsal edilmiş məhsulların satışı ilə bağlı ticarət fəaliyyətinin təşkilinə çəkilən xərclərin ödənilməsi şərtlərini müəyyən edir.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Qaydanın tələblərinə uyğun olaraq sahibkarların məhsullarının satışını təşviq etmək məqsədilə zəruri tədbirlər görməlidir.