“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti iclası olub

2021.12.01 17:41 (UTC+04:00)

Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib.

ABA-dan bildirilib ki, iclasda əsasən ödəniş kartları ilə işin təşkili, o cümlədən əvvəlcədən ödənilmiş kartların emissiyası, V Beynəlxalq Bankçılıq Forumunda təqdim ediləcək mövzular, həmçinin maliyyə və qeyri-maliyyə xidmətləri üzrə bölgünün daha effektiv formada müəyyənləşdirilməsi və digər cari məsələlər müzakirə olunub. İclas zamanı sözügedən məsələlər barədə ekspertlər arasında fikir mübadiləsi aparılıb.