Azərbaycan Mərkəzi Bankı (AMB), Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Mastercard” beynəlxalq kart təşkilatı tərəfindən bank əməkdaşları üçün “Elektron ticarətdə fırıldaqçılıq halları” mövzusunda vebinar keçirilib.
ABA-dan bildirilib ki, təlimdə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının risklərin idarə edilməsi üzrə eksperti Cem Kibaroğlu təqdimatla çıxış edib. Sonda mövzu üzrə suallar cavablandırılıb və müzakirə aparılıb.