İqtisadiyyat naziri: Ağdam Sənaye Parkının sosial zonasının təşkili yekunlaşıb

2021.12.01 15:40 (UTC+04:00)

Ağdam Sənaye Parkının sosial zonasının təşkili yekunlaşıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb.