Dekabrın 1-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50103690S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.5351 AZN (6.01 faiz) olan 27 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyard 37 milyon 488 min 600 manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01 faiz) müəyyən olunub. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil edib. Notlar dekabrın 29-da ödəniləcək.