Kanadada daşınmaz əmlak vergisini bitkoinlə ödəməyə icazə verilib

2019.04.03 13:47 (UTC+04:00)

Kanadanın Ontario ştatında yerləşən İnnisfil şəhəri rəhbərliyinin başladığı pilot layihə çərçivəsində sakinlər əmlak vergisini kriptovalyuta ilə ödəyə biləcəklər. Bələdiyyənin bu məsələ ilə bağlı qərarında qeyd edilib ki, hazırda ödənişin yalnız bitkoinlə aparılmasına icazə verilir. Ödəniş edildikdən sonra bitkoin "Coinberry Pay" ödəniş operatorunun köməyi ilə Kanada dollarına konvertasiya ediləcək. Gələcəkdə digər kriptovalyuta vahidləri – "Ethereum", "Litecoin", "Bitcoin Cash" və "XRP" ilə də ödəniş aparmaq mümkün olacaq.

Xatırladaq ki, 2018-ci ilin noyabr ayında Amerika Birləşmiş Ştatlarının Ohayo ştatının hakimiyyəti də yerli şirkətlərə öz vergilərini dövlət xəzinədarlıq portalı üzərindən bitkoinlə ödəməyə icazə vermişdi.