2021-ci ilin 10 ayın­da çıxarışlı əmlakl­arın sayı artıb

2021.12.01 11:35 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tətbiq edilən yeniliklər, xidmətlərin müasirləşdirilməsi vətəndaşların daşınmaz əmlakın qeydiyyatına olan əlçatanlığını artırıb.

Belə ki, bu ilin on ayında ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 22,4% artaraq 247 308 olub. Bunun 53 738-i ilkin, 193 570-i isə təkrar qeydiyyatdır.

2021-ci ilin yanvar-oktyabr ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 39 836-sı fərdi yaşayış və bağ evi, 75 224-ü mənzil, 122 073-ü torpaq sahəsi, 2 877-si qeyri-yaşayış binası, 6 631-i qeyri-yaşayış sahəsi, 630-u əmlak kompleksi, 37-si isə çoxmərtəbəli yaşayış binasıdır.

2021-ci ilin on ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 85 092-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.