Azərbaycan yanvar-oktyabr aylarında ən çox Rusiyadan məhsul idxal edib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, on ayda ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 1 milyard 648,2 milyon ABŞ dolları, Türkiyədən 1 milyard 488 milyon dollar, Çindən isə 1 milyard 308,9 milyon dollardır.