Yanvar-oktyabr aylarında Azərbaycan ən çox İtaliyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Həmin ixracın həcmi 11 milyon 408,9 min ton, dəyəri isə 5 milyard 337,7 milyon ABŞ dolları olub.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
On ayda ölkəmizdən Xorvatiyaya 751,2 milyon dollarlıq 1 milyon 530,6 min ton, İsrailə 611,7 milyon dollarlıq 1 milyon 256,8 min ton, İspaniyaya 552,6 milyon dollarlıq 1 milyon 270,8 min ton, Portuqaliyaya 533,9 milyon dollarlıq 1 milyon 77,8 min ton, Hindistana 496 milyon dollarlıq 1 milyon 122,7 min ton, Almaniyaya 405,6 milyon dollarlıq 791,2 min ton, Tunisə 373,7 milyon dollarlıq 782,8 min ton, Ukraynaya 359,6 milyon dollarlıq 819,6 min ton, Böyük Britaniyaya 312,4 milyon dollarlıq 624 min ton xam neft və xam neft məhsulları ixrac edilib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycandan ümumilikdə 23 milyon 800,4 min ton xam neft və xam neft məhsulları ixrac edilib, ixracın dəyəri 11 milyard 220 milyon dollar olub.