“Azərkosmos” ASC tərəfindən 39 milyon dollar dəyərində xidmət ixrac olunub

2021.11.30 18:31 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 41 ölkəsinə 39 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın noyabr sayında bildirilir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizini təşkil edib. 2021-ci ilin oktyabr ayında isə “Azərkosmos” ASC dünyanın 33 ölkəsinə 6,7 milyon dollar dəyərində xidmət ixrac edib.