On ayda Azərbaycanda 26,1 milyard dollardan çox ticarət əməliyyatları aparılıb

2021.11.30 17:39 (UTC+04:00)

Yanvar-oktyabr aylarında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 26 milyard 182,6 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının 9 milyard 333,7 milyon dolları idxalın, 16 milyard 848,9 milyon dolları isə ixracın payına düşüb.