İndiyədək “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri 2,62 milyard dollar olub

2021.11.30 17:10 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında “Azexport.az” portalına 398,7 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın noyabr sayında bildirilir ki, cari ilin oktyabr ayında “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 31,1 milyon dollar təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından bu ilin oktyabrın 31-dək (58 ay ərzində) “Azexport.az” portalına dünyanın 238 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,62 milyard dollar təşkil edib.