Bu il qeyri-neft sektorunda ən çox ixrac edilən malların siyahısı açıqlanıb

2021.11.30 16:57 (UTC+04:00)

Bu il qeyri-neft sektorunda ən çox ixrac edilən malların siyahısı açıqlanıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın noyabr sayında bildirilir ki, cari ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (166,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (160,7 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (130 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.