Yanvar-oktyabr aylarında Azərbaycandan 3184 çeşiddə məhsul ixrac olunub

2021.11.30 15:49 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan 3184 çeşiddə məhsul ixrac olunub.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edək ki, on ayda Azərbaycanda ixrac əməliyyatlarının dəyəri 16 milyard 848,9 milyon ABŞ dolları olub.