Bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi avqustda qeydə alınıb

2021.11.30 15:32 (UTC+04:00)

Bu il Azərbaycanda ən çox idxal əməliyyatları avqustda aparılıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi avqustda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, avqustda idxal əməliyyatlarının dəyəri 1 milyard 51,6 milyon ABŞ dolları, yanvarda isə 790,3 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin on ayında idxalın dəyəri 9 milyard 333,7 milyon dollar olub.