Bugünkü valyuta hərracında tələb 142,9 milyon dollar olub

2021.11.30 15:17 (UTC+04:00)

Noyabrın 30-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

AMB-dən bildirilib ki, hərracda tələb 142,9 milyon ABŞ dolları olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.