Oktyabrda dəniz nəqliyyatı ilə 79,1 milyon dollarlıq yük daşınıb

2021.11.30 15:08 (UTC+04:00)

Oktyabrda dəniz nəqliyyatı ilə ümumilikdə 87 min 58 ton yük daşınıb ki, bu yüklərin dəyəri 79,1 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ötən ay dəniz nəqliyyatı ilə ixrac olunan 38 min 563 ton yükün dəyəri 21,5 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 48 min 495 ton, dəyəri isə 57,5 milyon dollar olub.