Azərbaycan Avropa İttifaqı ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

2021.11.30 14:48 (UTC+04:00)

Yanvar-oktyabr aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın on ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Xorvatiya və İspaniya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 6 milyard 672,5 milyon ABŞ dolları, Xorvatiyaya 751,2 milyon dollar, İspaniyaya isə 558,6 milyon dollar təşkil edib.