Oktyabrda yaşa görə aylıq sosial müavinət alanların sayı 113 min nəfərdən çox olub

2021.11.30 10:53 (UTC+04:00)

Cari ilin oktyabr ayı ərzində yaşa görə aylıq sosial müavinət alanların sayı 113 min nəfərdən çox olub.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən bildirilib ki, onlarin 15,1 faizini kişilər, 84,9 faizini isə qadınlar təşkil edib.