İşğaldan azad edilmiş ərazilərimizdə iqtisadi dirçəliş başlayıb. Hazırda Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyəti üçün işgüzar mühit yaradılır.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, artıq parka ayrılmış 190 hektar ərazinin 74 hektarı minalardan təmizlənib, elektrik enerjisi və su təchizatı sistemi qurulub.