Yanvar-oktyabr aylarında nəqliyyat vasitələri ilə 156,9 milyon ton yük daşınıb

2021.11.26 17:01 (UTC+04:00)

Yanvar-oktyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 156,9 milyon ton yük daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,9 faiz artıb. Yüklərin 57,4 faizi avtomobil, 7,8 faizi dəmir yolu, 2,9 faizi dəniz, 0,3 faizi hava nəqliyyatı, 31,6 faizi isə boru kəməri ilə daşınıb.