Cari ildə POS-terminalların sayı 6,9 faiz artıb

2021.11.25 18:04 (UTC+04:00)

Azərbaycanda POS-terminalların sayı ilin əvvəlindən 6,9% artaraq noyabrın 1-nə 61 061 vahid təşkil edib.

Mərkəzi Bankının məlumatına əsasən, aylıq müqayisədə isə ölkədə POS-terminalların sayı 0,1% azalıb. POS-terminalların 40 057-si və ya 65,6%-i Bakıda, qalan 34,4%-i isə regionlarda quraşdırılıb.

Hesabat dövründə bankomatların sayında da artım müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı ilin əvvlindən 5,7%, aylıq müqayisədə isə 0,6% artaraq 2 870-ə çatıb. Bankomatların 1 521-i və ya 53%-i Bakıda, 1 349-u və ya 47%-i isə regionlarda quraşdırılıb. ("APA-Economics")