Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İstanbul Ticarət Palatasının İdarə Heyətinin sədri Şekib Avdagiç ilə görüşüb.
KOBİA-dan bildirilib ki, görüş İstanbulda keçirilən İslam Əməkdaşlığı Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) 37-ci sessiyası çərçivəsində baş tutub. Görüşdə KOB sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.