Bugünkü valyuta hərracında tələb 105,5 milyon dollar olub

2021.11.25 13:08 (UTC+04:00)

Noyabrın 25-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

AMB-dən bildirilib ki, hərracda tələb 105,5 milyon ABŞ dolları olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.