Oktyabrda bankların depozit portfeli 1,6 faiz artıb

2021.11.24 17:55 (UTC+04:00)

Oktyabrda bankların depozit portfeli 1,6 faiz (376,1 milyon manat) artıb. İlin əvvəlindən isə bu artım 15,9 faiz təşkil edib.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 80 faizi və ya 24,026.1 milyon manat).