Əmanətlərin 56,4 faizi milli valyutada qoyulub

2021.11.24 18:26 (UTC+04:00)

Mərkəzi Bankın məlumatına görə, oktyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği sentyabr ayı ərzində 279 milyon manat artaraq 8838,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 56,4 faizi milli, 43,6 faizi isə xarici valyutada qoyulub.

Oktyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,97 (2,03) manata, 100 türk lirəsinə 18,49 (20,87) manata, 100 rus rubluna 2,38 (2,31) manata bərabər olub.