İstanbulda İslam Əməkdaşlığı Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) 37-ci sessiyası öz işinə başlayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, iclasda qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov da iştirak edir. Noyabrın 25-dək davam edəcək tədbirdə mikro, kiçik və orta sahibkarlığın COVID-19 pandemiyasının təsirlərinə qarşı dəstəklənməsində alternativ maliyyələşdirmənin rolu müzakirə olunur.