Bu ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 47 milyard 259,8 milyon manat və ya hər nəfərə orta hesabla 4718,8 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 42 milyard 394,6 milyon manatlıq vəsait qalıb.