Ölkədaxili nağdsız əməliyyatların həcmi 73 faiz artıb

2021.11.24 13:07 (UTC+04:00)

Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 10 ayı ilə müqayisədə 73 faiz artıb.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, on ayda kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 8 milyard 370 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5 milyard 218 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 3 milyard 120 milyon manatı POS-terminallar, 32 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. Oktyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34 faizini təşkil edib.

Qeyd edək ki, bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin oktyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8,1 faiz, POS-terminalların sayı 7,1 faiz artıb.