On ayda banklar 570,1 milyon manat xalis mənfəət əldə ediblər

2021.11.24 12:49 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında banklar 570,1 milyon manat xalis mənfəət, 810,2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, ilin əvvəlinə nəzərən cəmi kredit portfelində (BOKT-lar və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 1,1 faiz bəndi azalaraq 5 faiz olub. Qeyd olunan göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1,8 faiz bəndi, 2020-ci ilin orta illik göstəricisinə nisbətən 2,4 faiz bəndi azalıb.