Dövriyyədə olan ödəniş kartlarının sayı açıqlanıb

2021.11.24 12:37 (UTC+04:00)

Oktyabr ayının sonuna bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 244 min ədəd artaraq 10 milyon 673 min ədəd təşkil edib.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 15,5 faiz, kredit kartları üzrə 27,8 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 149 min, kredit kartları 296 min, digər kartlar isə 1,1 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.