Oktyabrda əhalinin banklardakı əmanətləri artıb

2021.11.24 12:14 (UTC+04:00)

Əhalinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) banklarda olan əmanətləri oktyabr ayında 0,6 faiz (50,2 milyon manat) artaraq 8 milyard 713,8 milyon manat təşkil edib (tarixi maksimum səviyyə).

Bu barədə Azərbaycan Mərkəzi Bankından verilən məlumatda deyilir.