Sahibkarlar üçün iki mərkəz yaradıldı

2019.04.02 17:20 (UTC+04:00)

"Sahibkarlara xidmət" mərkəzində müasir informasiya-kommunikasiya imkanlarından istifadə etməklə sahibkarların müraciətlərinin operativ şəkildə cavablandırılması üçün qaynar xətt (012-310-23-00) yaradılıb. Mərkəz, həmçinin, hüquqi, iqtisadi və digər məlumatların toplanması, bazar konyukturunun öyrənilməsi, müasir texnologiyaların və elmi-texniki yeniliklərin təbliği, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fəaliyyət göstərəcək. "Biznes inkubasiya" mərkəzi vasitəsilə isə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən təşəbbüskar, innovativ ideyası olan gənclərə dəstək veriləcək, startapçıların ideyalarının reallaşdırılması üçün lazımi şərait yaradılacaq.