Oktyabrda bankların kredit portfelində 459 milyon manat artım olub

2021.11.24 11:28 (UTC+04:00)

Bankların kredit portfelinin artım trendi oktyabrda bir qədər sürətlənib.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, bankların kredit portfeli hesabat ayında 3 faiz (459 milyon manat) artaraq 15 milyard 997,3 milyon manat olub. Ümumilikdə, ilin əvvəlindən bankların kredit portfeli 13 faiz və ya 1 milyard 840,3 milyon manat artıb.